BMT Talibanın qadınların işinə qadağa qoymasını pisləyən qətnamə qəbul edibbackend

BMT Talibanın qadınların işinə qadağa qoymasını pisləyən qətnamə qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Əfqanıstanda Taliban hökumətinin BMT-nin qadın əməkdaşlarına tətbiq etdiyi iş qadağasını pisləyən qətnamə qəbul edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Türkiyənin birgə təqdim etdiyi qanun layihəsi 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul edilib.

Qətnamə Taliban hökumətinin qadınlara qoyduğu qadağaları tez bir zamanda ləğv etməyə çağırıb.

Sözügedən qadağaların insan haqlarını pozduğuna diqqət çəkən qərarda Taliban rəhbərliyinin qadınların BMT-də işləməsini qadağan edən qərarı pislənilib.

Qətnamədə qadınların Əfqanıstan cəmiyyətində mühüm rolu vurğulanmaqla yanaşı, Taliban hökumətini qadınların təhsilini, məşğulluğunu, hərəkət azadlığını və ictimai həyatda bərabər iştirakını bərpa etməyə çağırıb.