Birləşmiş Millətlər Təşkilatı Türkiyədə zəlzələlərin vurduğu zərərin 100 milyard dolları keçdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Türkiyə Rezident Nümayəndəsi Luiza Vinton Qaziantepdən videokonfrans vasitəsilə BMT-nin Cenevrə ofisində keçirilən gündəlik həftəlik mətbuat konfransında iştirak edib.
Fevralın 6-da baş verən zəlzələlərdən bir ay keçdiyini bildirən Vinton, zəlzələ səbəbiylə bölgədə 2,7 milyon insanın didərgin düşdüyünü, 600 minə yaxın bina və ya iş yerinin dağıldığını bildirib.
Qeyd edilib ki, bu günə qədər aparılan hesablamalara görə, hökumətin təqdim etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən zərərin məbləğinin 100 milyard dolları keçəcəyi təxmin edilir.