BMT: Ukraynada 1000-dən çox səhiyyə müəssisəsinə hücum edilibbackend

BMT: Ukraynada 1000-dən çox səhiyyə müəssisəsinə hücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada müharibənin başladığı 2022-ci ilin fevralından bəri 1000-dən çox səhiyyə müəssisəsinin hücuma məruz qaldığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

BMT-nin sözçüsü Stephane Dujarric gündəlik mətbuat konfransında mövzu ilə bağlı açıqlama verərək BMT-nin yerdəki işçilərinin demək olar ki, hər gün səhiyyə müəssisələrinin hədəf alındığını bildirib.

Təkcə dünən Donetsk bölgəsində 3 səhiyyə müəssisəsinin vurulduğunu bildirən Dujarrik deyib: “Cəbhə xəttinin hər iki tərəfində səhiyyə ocaqlarına hücum edildi. Harada olur-olsun, səhiyyə ocaqlarını hədəf almaq və ya vurmaq humanitar hüquq pozuntusudur”.

Dujarric isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 15 ay əvvəl başlayan Rusiya-Ukrayna müharibəsində səhiyyə müəssisələrinə 1000-dən çox hücum edildiyini və bu hücumların 240 nəfərin ölümünə və yaralanmasına səbəb olduğunu bildirib.

Ukraynanın şərqində və cənubundakı səhiyyə müəssisələrinin demək olar ki, yarısının işlək olmadığını bildirən Dujarrik BMT və humanitar yardım tərəfdaşlarının indiyə qədər səhiyyə sahəsində 3 milyon insana çatdığını, hədəfin isə 8 milyon insana çatmaq olduğunu bildirib.