BOKSÇUMUZ QƏLƏBƏ QAZANARAQ ERMƏNİYƏ RƏQİB OLDUbackend

BOKSÇUMUZ QƏLƏBƏ QAZANARAQ ERMƏNİYƏ RƏQİB OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

63 kq-da çıxış edən Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gəlib.

Qarşılaşmanın ilk saniyələrindən fəallıq nümayiş etdirən dünya çempionumuz inamlı qələbə qazanıb – 5:0.

Növbəti 1/8 final mərhələsində C.Çələbiyev Ermənistan təmsilçisi Ovannes Baçkovla döyüşəcək.

Qeyd edək ki, C.Çələbiyev 2013-cü ilin dünya çempionu adını qazanıb.