Bolqarıstanda siyasi böhranın seçki xərcləri 500 milyon avroya çatır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bolqarıstanda son 2 ildə davam edən siyasi böhranın gətirdiyi 5 növbədənkənar ümumi seçkilərin xərci 500 milyon avroya çatıb.
İctimai Ətraf Tədqiqat İnstitutunun açıqladığı hesabata görə, hökumət qura bilməyən son 4 parlamentin səmərəsiz işləməsi ucbatından xəzinəyə böyük xərclər qoyulub.
Seçki bülleteninin çapı, seçki üçün dəftərxana ləvazimatları xərcləri, maddi-texniki təminat və kadr hazırlığı kimi bir çox bəndlərə köçürülüb.
2021-ci ildən bu yana ölkədə keçirilən 5 ümumi və bir prezident seçkisinin xərci 500 milyon avroya çatdığı halda, ən böyük xərclər seçki yerlərində çalışanlara verilən maaşlar olub.
6,52 milyon əhalisi olan Bolqarıstanda son seçkilərin hər birində 5 milyon kağız bülleten çap edilib. Bu bülletenlər üçün xərclər son 5 seçkidə hər dəfə 750 min avroya başa gəlib.
Son seçkidə 40 faizə qədər geriləyən seçici fəallığının yeni növbədənkənar seçkidə daha da aşağı olacağı gözlənilir.