Özbəkistanda boya materialları daşıyan yük maşınının aşaraq yanması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Özbəkistanın Daşkənd-Oş avtomobil yolunda boya daşıyan yük maşını aşıb.
Yola tökülən boya alovlanıb və hadisə yerinə yanğınsöndürənlər göndərilib.
Qəzada yük maşını sürücüsünün həyatını itirdiyi, 6 nəfərin yaralandığı bildirilib.
Təhlükəsizlik kamerasına əks olunan qəza anlarında yük maşınının aşması ilə yanğının başladığı və alovun yolun hər iki zolağını bürüdüyü görülüb.