Britaniya “Həyat Təhrir əl-Şam”ı terror təşkilatları siyahısından ÇIXARDIbackend

Britaniya “Həyat Təhrir əl-Şam”ı terror təşkilatları siyahısından ÇIXARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya “Həyat Təhrir əl-Şam”ı terror təşkilatları siyahısından çıxarıb.

İnterpress.az xəbər verir ki, Böyük Britaniya Parlamenti “Həyat Təhrir əl-Şam” (HTS) qruplaşmasını terror təşkilatları siyahısından çıxarmaq barədə qərar qəbul edib.

Rəsmi açıqlamaya görə, bu addım ötən ilin dekabrında Əsəd rejiminin devrilməsindən sonra formalaşan yeni Suriya hökuməti ilə daha sıx əməkdaşlığa yol açır.

Londonun bəyanatında vurğulanıb ki, HTS-in fəaliyyətinə qoyulan qadağanın ləğvi Suriyadakı dəyişən vəziyyəti əks etdirir.

Bu, Britaniyaya terrorizmlə mübarizə, qanunsuz miqrasiyanın qarşısının alınması və Suriya kimyəvi silah proqramının ləğvi kimi prioritetlərini daha səmərəli həyata keçirməyə imkan verəcək.

Xuraman Etibarlı

İnterpress.az