Braziliyada təhlükəsizlik qüvvələrinin bir dəstəyə qarşı keçirdiyi əməliyyatda çıxan qarşıdurmada 7 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bir dəstənin magistral yol pullarına basqın edəcəyi xəbərini alan polis, Goias əyalətində əməliyyat keçirib.
Təslim olmaq çağırışına silahla cavab verən 7 dəstə üzvü öldürülüb, 5 nəfər isə hadisə yerindən qaçıb.
Əməliyyat çərçivəsində çoxlu sayda silah və oğurlanmış 4 avtomobilin ələ keçirildiyi bildirilib.
Qaçan dəstə üzvlərinin tutulması üçün əməliyyatın davam etdiyi paylaşılıb.