Braziliyada məktəbə silahlı hücum nəticəsində 1 şagird ölüb, 3 şagird yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin San-Paulu ştatında Sapopemba dövlət məktəbinə silahlı basqın zamanı 15 yaşlı gənc təsadüfi atəş açıb.
Hücum nəticəsində 1 tələbə ölüb, 3 tələbə yaralanıb. Polisin səyi nəticəsində təcavüzkar qaçmaq istəyərkən yaralı halda yaxalanıb. Braziliya prezidenti Luiz İnasio Lula da Silva mərhum tələbənin ailəsinə başsağlığı verib və hadisədən kədərləndiyini bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, martın 13-də də San-Pauluda məktəbə edilən sonuncu silahlı hücumda bir müəllim ölüb, 4 şagird yaralanıb.