Braziliyanın keçmiş prezidenti ifadə verəcəkbackend

Braziliyanın keçmiş prezidenti ifadə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro 3,2 milyon dollar dəyərində qızıl-zinət əşyaları ilə bağlı ifadə verməyə çağırılacaq.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Braziliyanın ədliyyə naziri Flavio Dino bildirib.

O deyib ki, dinlənən başqa adamlar və şahidlər də var.

Bolsonaro isə heç bir qanun pozuntusunun olmadığını bildirib.

Qeyd edək ki, J.Bolsonaro Səudiyyə Ərəbistanı səfərindən qayıdarkən San-Paulu Quarulhos hava limanında onun çantasında 3,2 milyon dollar dəyərində olan qızıl-zinət əşyaları tapılıb.