“Brent” markalı neftinin iyul fyuçerslərinin qiyməti 123 dolları ötübbackend

“Brent” markalı neftinin iyul fyuçerslərinin qiyməti 123 dolları ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarlarında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1%-dən çox artaraq 1 barel üçün 123 ABŞ dollarını ötüb.

Qiymət artımına Avropa İttifaqının (Aİ) Rusiyadan neft idxalını azaltmaq haqqında qərarı səbəb olub.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,26% bahalaşaraq 1 bareli 123,2 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 1,2% artıb və 1 bareli 118,59 ABŞ dolları təşkil edib.

Aİ Rusiya neftinə qarşı qismən embarqo tətbiq edib. Belə ki, qəbul edilmiş qərar Rusiyadan tankerlə neft daşınmasına şamil edilir. Kəmərlərlə neft daşınması altıncı sanksiyalar paketinə daxil edilməsə də, ilin sonunadək Rusiyadan neft idxalının 90%-dək azaldılması nəzərdə tutulub.

Çində insanların hərəkəti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması səbəbindən tələbin artması gözləntiləri də “qara qızıl”ın qiymətinə təsirsiz ötüşməyib.