Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Londonda Ukrayna üzrə danışıqlarda iştirakdan imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Bildirilir ki, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Fransa və Almaniyadan olan həmkarlarının ardınca Londonda Ukrayna üzrə danışıqlarda iştirakdan imtina edib.
Nəşr yazır ki, nəticədə bugünkü tədbir gözləniləndən daha aşağı səviyyədə keçiriləcək.
Eyni zamanda, britaniyalı nazir Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdən imtina etməyib.
Xuraman Etibarlı
İnterpress.az