Britaniyalı milyarderin peyk şirkəti müflis elan edilibbackend

Britaniyalı milyarderin peyk şirkəti müflis elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virgin Group-un qurucusu, britaniyalı milyarder Riçard Bransona məxsus kosmos kəşfiyyatı və peyk buraxılış şirkəti olan Virgin Orbit müflis olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Baş ofisi Kaliforniyada olan Virgin Orbit şirkətindən verilən açıqlamada şirkətin uzunmüddətli maliyyə problemindən sonra iflasa uğradığı qeyd edilib.

Virgin Orbit 30 sentyabr 2022-ci ildə 243 milyon dollar aktiv və 135 milyon dollar borcu olduğunu bildirib.

Şirkət ötən həftə işçilərinin 85%-ni təşkil edən 750 nəfəri işdən çıxarmaq qərarına gəldiyini açıqlayıb.

Şirkətin yanvar ayında İngiltərədən buraxılan ilk peyk raketi “LouncherOne” uğursuzluğa düçar olub.

Qeyd edək ki, şirkətin qurucusu və sahibi Riçard Bransonun ümumi sərvəti təxminən 3 milyard dollardır.