Bu gün Ukraynada matəm günü QEYD OLUNUR – VİDEObackend

Bu gün Ukraynada matəm günü QEYD OLUNUR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ukraynada əsirlikdə həlak olmuş müdafiəçilərin, könüllülərin və mülki şəxslərin xatirəsinin yad edilməsi və matəm günü qeyd olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilir ki, bu gün Ukraynada əsirlikdə həlak olmuş, işgəncələrə məruz qalmış və edam edilmiş müdafiəçilərin, könüllülərin və mülki şəxslərin xatirəsinin yad edilməsi və matəm günü qeyd olunur.

Prezident Zelenski ən dəhşətli faciələrdən birini – 2022-ci il iyulun 28-dən 29-na keçən gecə Rusiyanın Olenovkadakı həbsxana koloniyasında “Azov” döyüşçüləri də daxil olmaqla onlarla ukraynalı məhbusu öldürdüyünü xatırladıb.

Xatırladaq ki, Rusiyanın hərbi əsir saxlama məntəqəsinə qəsdən endirdiyi zərbə nəticəsində azı 50 ukraynalı həlak olub.

Xuraman Etibarlı

İnterpress.az