“Çebupizza”da E.coli, salmonella, sümük parçaları, heyvanlar üçün antibiotiklər və hətta zöhrəvi xəstəliklər üçün dərmanlar tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. “Chebupizza” italyan mətbəxinin biliciləri və ləzzət həvəskarları üçün dondurulmuş hazır yeməkdir.
“Çebupizza”da E.coli, salmonella, sümük parçaları, heyvanlar üçün antibiotiklər və hətta zöhrəvi xəstəliklər üçün dərmanlar tapılıb.
Təhlükəli komponentlər “Qoryaçaya Ştuçka”, “Starodvorie”, “Kremlevskaya” və “Vyazanka” brendlərinin məhsullarında daaşkar olunub.
Onların tərkibində baytarlıq dərmanları və həqiqi ət əvəzediciləri var. Ancaq buna baxmayaraq, məhsullar aktiv şəkildə alınmağa davam edir.
Beləliklə, şirkətlərin gəlirləri artır və indi 85,1 milyard rubl təşkil edir – bu, keçən illə müqayisədə 8,7% çoxdur.
Xuraman Etibarlı
İnterpress.az