Moskva vilayətində çoxmənzilli binanın həyətində nəhəng siçovul koloniyası aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, “Gusarskaya ballada” yaşayış kompleksinin həyətində siçovulların qurduğu iri koloniya aşkarlanıb. Ərazidəki qazon saysız-hesabsız dəliklərlə doludur.
Koloniyanın məhz buranı seçməsinə səbəb yaxınlıqdan keçən istilik xətti olub. Siçovul faktiki olaraq “isitməli evlərdə” yaşayır. Sakinlər bildirir ki, gəmiricilər gündüz də rahatca gəzib-dolaşır, bəzi hallarda həyət boyunca koloniyalarla hərəkət edirlər.
Mənzil istismar xidmətləri isə problemin miqyası böyüdükcə tədbir görməyə çağırılır.
Xuraman Etibarlı
İnterpress.az






