Bulvar sizin dədənizindirmi, babanızındırmı? – Dənizkənarı Bulvar İdarəsində soyğunçuluq…backend

Bulvar sizin dədənizindirmi, babanızındırmı? – Dənizkənarı Bulvar İdarəsində soyğunçuluq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı bulvarında ilk dəfə tikinti işlərinə iki əsr öncə başlanılıb. Elə o zamandan Dənizkənarı Bulvar paytaxt sakinləri, yerli və əcnəbi turistlər üçün əsas istirahət məkanlarından birinə çevrilib.

İnterpress.az xəbər verir ki, bunu tanınmış jurnalist Azər Niftiyev deyib.

“Lakin Dənizkənarı Bulvar İdarəsi adlı qurum sakinləri və turistləri məqsədli şəkildə bu tarixi məkandan iyrəndirməklə məşğuldur.

Milli Park ərazisindəki kafe və çayxanalar, satış köşkləri, istirahət komplekslərində vətəndaşların ciblərinə girir, süni bahalıq yaradırlar. Etiraz edənlərə isə cavabları netdir – Xoş getdin! Hələ bu azmış kimi, əlinə telefon, kamera alanları dərhal saxlayıb, “terrorçu” yaxalayıblar kimi, üzərinə də hücum çəkirlər.

Açıq şəkildə bildirirlər ki, Dənizkənarı Bulvar İdarəsi Bakı bulvarında video-çəkiliş aparmağa icazə vermir. Turistik obyektlərdən, istirahət məkanlardan xatirələr saxlamaq, bunu kameranın yaddaşına həkk etmək bütün dünyada normal qəbul olunur.

Dənizkənarı Bulvar İdarəsi nəyi gizlətməyə çalışır? Yaxud kimi kimdən gizlədir? Bakı bulvarı onların dədəsinindirmi, babasınındırmı? Yoxsa bu tarixi məkanı bu idarənin rəhbərliyinə peşkək ediblər?”, – o bildirib.