Bundan sonra əldə etdiklərimizi qorumaq , inkişaf etdirmək üçün hamı dəmir yumruqda özünü hiss etməlidirbackend

Bundan sonra əldə etdiklərimizi qorumaq , inkişaf etdirmək üçün hamı dəmir yumruqda özünü hiss etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən əvvəlcə bu məsələnin tarixinə  getmək istəyirəm. Xatirinizdədirsə Azərbaycan tərəfi  nə qədər ki məsələnin sülh yoluyla həlli prosesinə sadiq olaraq bu danışıqlarda iştirak edirdi və hər dəfə də etimad doğuran tədbirlərdən biri kimi, bir birinə inamı möhkəmləndirən addim kimi hamının hamıya prinsipi ilə hər iki tərəfdə olan əsirlikdə və yaxud girovluqda olan insanların dəyişdirilməsi təklifini müntəzəm şəkildə verirdi. Amma Ermənistan tərəfi buna qətiyyən razı deyildi xüsusi ilə bu iki səxs  Şahbazla, Dilqəmin məsələsi meydana çıxandan sonra bu məsələ bizim daim  siyasi ve ictimai gündəmimizdə  olub. Bütün beynəlxalq tədbirlərdə  Cənəb Prezident başda olmaqla  iştirak eden bütün  nümayəndələrimiz bu məsələni hər dəfə gündəmə gətirib.  Və münaqişə, münaqişe yerinde  onun humanitar tərəfi olan  bu məsələni  gündəlikdə saxlamağa ve ciddi bir  nəticə verən addım atmaga çağırışlar edilirdi ve beynəlxalq təşkilatlar o cümlədən vasitəçilərə də ən azı bu insanların  işgəncələrini azaltmağa onların ləyaqətli həyatlarını təmin etmek üçün hamının- hamıya prinsipi ilə dəyişdirilməsini  təklifini ortaya qoyurdu. Amma bu günə  qədər münaqişənin həllində irəliləyiş olmadığı kimi  bu məsələdə də hansısa bir hərəkətlənmə olmadi. İndi ki halda  əlbəttə ki, bu nəticələr  hamısı Azərbaycan tərəfinin  ve bizim Ali baş komandan Cənab Prezidentin Azerbaycan vətəndaşlarının təhlükəsizliyini  ve daha yeni ərazilerin işğalı hədəfini qarşısına qoyan Ermenistanın növbəti təcavüzkar niyyətlərinin qarşısını almaq üçün başlatdığı bu vətən müharibəsində əldə etdiyimiz nəticələr indiki nəticələri doğurdu.Əgər bu olmasaydı Azərbaycan tərəfi öz gücünü hərbi,siyasi diplomatik və informasiya sahasinda olan gücünü və imkanlarını  səfərbər edib ciddi şəkildə sözünü deməsəydi mənim yenədə bu addımın atılacağına hec bir inamım yox idi və ermənistan tərəfi bunu etməyəcəydi. Üç tərəfli formatda əldə olunan sənədin bütün bəndlərində yerinə yetirilən məsələlərin hamısı da hərbi gücdən istifadəsi və digər istiqamətlərdəki möhkəm mövqeyinə bağlıdır. Odur ki ərazilərimizin işgaldan azad olunması, getdikcə sərhədlərimizin dəqiqləşdirilməsi və sənəddə nəzərdə tutulan amma ki, müəyyən vaxt tələb edən məsələlərin  ardıcıl yerinə yetirilməs Azərbaycan tərəfinin iradəsinə qətiyyətinə mövqeyinə və uğurlu fəaliyyətinə baglıdır. Ona görə də Dilqəm Əsgərovun və Şahbaz Quliyevin və digər onlarla bir yerdə azad olunaraq Azərbaycana gətirilən öz ailələri ilə doğmaları ilə görüşmə imkanı əldə edən Azərbaycan vətəndaşı kimi yaşamaq imkanını bərpa edən bu insanların özlərinin sevinci bir başqa məsələdir. Amma onların bu əziyyətlərinin bitməsi üçün çalışan, daim mövqeyini ifadə edən və bunu istəyən soydaşlarımızın sevinci bir başqadır. Bu həm o insanlar ailəsinə cəmiyyətə qaytarmaq  Azərbaycan vətəndaşlarında öz güvənini artırmaq öz dövlətinə,prezidentinə inamını artırmaq birdə vətəndaşı olduğu dövlətin qüdrətli bir dövlət olduğunu hər vətəndaşının sağlamlığını həyatını və təhlükəsizliyini  təmin etməyə qadir olan bir ölkə olduğunu yenidən dərk etməyə imkan verir. Bunu doğurduğu inam,güvən başqa bir şeydi. Fürsətdən istifadə edib əsirlikdən azad olunan bütün vətəndaşlarımızı ürəkdən təbrik edirəm,onların ailalərini doğmalarını ürəkdən təbrik edirəm. Analarının bacılarının göz yaşlarına son qoyuldu. Mən bilirəm onların övladları nə qədər əziyyət çəkirdi,psixoloji və mənəvi sarsıntllar keçirirdilər.Düzdü bunun izləri uzun müddət qalacaq, amma indi bu insanlar sağ-salamat gəlib ailələrinə qovuşdular . Bundan gözəl nə ola bilər? Artıq bu insanlar sabaha nikbin baxacaqlar. Bir daha Azərbaycan xalqının bütövlükdə vətən müharibəsinin zəfəri,ərzində bütövlüyümüzün təmin olunması münasibəti ilə təbrik edirəm.Əlbəttə də ki,Ali Baş Komandana,Prezident ilham əliyevə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.Nə qədər Azərbaycanda Heydər Əliyev siyasəti var və bu siyasəti həyata keçirən İlham Əliyev kimi qətiyyətli lider var Azərbaycan bütün problemlərini həll edəcək və mən əminəm ki bir neçə  ildən sonra Azərbaycan ən qüdrətli dövlətlərdən biri olacaq .Bunun üçün də öz birliyimizə borcluyuq,həmin o dəmir yumruğa borcluyuq.amma dəmir yumruqda birliyimiz davam etməlidir.bundan sonra əldə etdiklərimizi qorumaq inkişaf etdirmək üçün hamı bu dəmir yumruqda özünü hiss etməlidir.

Bahar Muradova

İnterpress.az