Türkiyəli aktyor Burak Özçivit həbs oluna bilər.
Yenisabah.az xəbər verir ki, aktyor bir neçə nəfəri təhqir etməkdə ittiham olunur.
“Kuruluş: Osman” serialında rol alan həmkarları ondan polisə şikayətçi olub. Onların sözlərinə görə, çəkilişlər zamanı artist aqressiv davranış sərgiləyib, bir neçə dəfə özündən çıxıb, qeyri-etik ifadələr işlədib və həmkarlarını hədələyib.
Yaxın günlərdə aktyorun məhkəməsi olacaq. Onu 3 aydan, 4 ilədək həbs cəzası gözləyə bilər.
