Burkina-Fasonun şərqində hərbi hissəyə hücum nəticəsində 33 əsgər həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qurma əyalətində yerləşən hərbi hissədə şəxsiyyəti məlum olmayan şəxslərin hücumuna məruz qaldığı açıqlanıb.
Qarşıdurmada 40 terrorçunun zərərsizləşdirildiyi, lakin 33 əsgərin həyatını itirdiyi, 12 əsgərin yaralandığı qeyd edilib.
Dünyanın ən yoxsul ölkələrindən biri olan Burkina Faso 2015-ci ildən bəri qonşu Malidə Əl-Qaidə və DEAŞ-a bağlı terror qruplarının təşkil etdiyi hücumların hədəfi olub.