“Casus” balina bu dəfə İsveç sahillərində görünübbackend

“Casus” balina bu dəfə İsveç sahillərində görünüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildə Norveçdə görülən və Rusiya donanmasının öyrətdiyi “casus” balina olduğu iddia edilən ağ balina bu dəfə İsveç sahillərində görüntülənib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İlk dəfə Norveçin Finnmark bölgəsində kəşf edilən balina bazar günü İsveçin cənub-qərb sahilindəki Hunnebostrand bölgəsində aşkar edilib.

Dəniz bioloqu Sebastian Strand balinanın təbii mühitdən sürətlə uzaqlaşdığını və bunun səbəbinin bilinmədiyini bildirib^

“Bu, onu həyat yoldaşı tapmağa vadar edən hormonlar ola bilər. Ya da tənhalıq ola bilər – çünki beluga balinaları belə sosial növdür”.

Sözügedən balina ilk dəfə Norveçdə peyda olanda Norveç Balıqçılıq İdarəsinin dəniz bioloqları ona bağlanmış süni bir kəmər tapıblar.

Kəmərdə hərəkət kamerasının bağlana biləcəyi mexanizm və üzərində “Avadanlıq Sankt-Peterburq” yazısı olan plastik toqqa var idi.

Moskva isə balinanın “rus casusu” olması ilə bağlı iddialara rəsmi cavab verməyib.