Cəlilabad sakinlərindən külli miqdarda narkotik vasitə aşkar edilibbackend

Cəlilabad sakinlərindən külli miqdarda narkotik vasitə aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayon sakinlərindən külli miqdarda narkotik vasitə aşkar edilib.

İnterpress.az xəbər verir ki, Göytəpə şəhəri ərazisində Cəbrayılov Elgün Vaqif oğlu və İsmayılov Ehtibar Qəray oğlu saxlanılıb.

Elgün Cəbrayılovun əlində olan torbadan külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, həşiş qətranı və metadon həbləri aşkar edilib.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.