Cəlilabad Xəstəxanasında implant əməliyyatlarına başlanılıbbackend

Cəlilabad Xəstəxanasında implant əməliyyatlarına başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında implant əməliyyatlarına başlanılıb.

Bu barədə İnterpress.az-a tibb müəssisəsinin direktoru Elnur Azadxanov məlumat verib.

O bildirib ki, Cəlilabad RMX hər keçən gün inkişaf edir: “Əhaliyə Bütün Tibbi Müayinə və Müalicələri TƏBİB in rəhbərliyi və dəstəyi ilə əlçatan etmək ən ümdə borcumuzdur. Nümunəvi, keyfiyyətli və əlçatan xidmət amalımızdır”.

Qeyd edək ki, Cəlilabad rayonunda icbari tibbi sığortanın tətbiqinə 2021-ci ildən başlanılıb. Son 2 il ərzində müraciətlər üzrə 335 910 ambulator, 52 500 stasionar xidmət göstərilib. Ümumilikdə 4170 cərrahi əməliyyat icra olunub.