Cennifer Lopez Rusiyada çıxış etməkdən İMTİNA ETDİbackend

Cennifer Lopez Rusiyada çıxış etməkdən İMTİNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur amerikalı müğənni Rusiyada çıxış etməkdən imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, amerikalı müğənni Cennifer Lopez “reputasiya riskləri” və Qərbdəki təzyiqlərə görə Rusiyada çıxış etməkdən imtina edib.

Moskvadakonsert avqust ayına planlaşdırılıb, üç ay əvvəl razılıq əldə olunub. Müğənni konsert üçün ən azı bir milyon dollar ala bilərdi.

Təşkilatçılar Lopezin Ermənistan, Qazaxıstan və Özbəkistanda keçiriləcək konsertləri fonunda onun komandası ilə əlaqə saxlayıblar.

Tarix və niyyət məktubu razılaşdırılsa da, sonradan sənətçi bundan imtina edib.

Məlumata görə, Lopes müharibə başa çatdıqdan sonra Rusiyada çıxış etmək istəyir.

Xuraman Etibarlı

İnterpress.az