Sosial şəbəkələrin erməni seqmentində qalmaqal baş verib.
İnterpress.az xəbər verir ki, dünya şöhrətli pop ulduz Cennifer Lopezin İrəvan stadionunda konserti zamanı tribunalardakı oturacaqlar o qədər çirkli olub ki, normal şəkildə yalnız yaş salfetləri olanlar əyləşə biliblər.
Oturacaqların qiyməti 90 dollardan 150 dollara qədər olub. VİP tribunalar qırmızı örtüklərlə örtülmüş olub.
Oturacağı təmizləməli olanlardan biri də İrəvana xüsusi olaraq gəlmiş məşhur rus stilisti Georgi Kot olub.
O, qəzəbli post paylaşıb və qeyd edib ki, müğənni əla iş görüb, lakin təşkilatçılara görə utanır.
Qeyd edək ki, Kot yarı ermənidir.
Xuraman Etibarlı
İnterpress.az