Cennifer Lopezin konsertində gözlənilməz “QONAQ” – VİDEObackend

Cennifer Lopezin konsertində gözlənilməz “QONAQ” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur estrada müğənnisi Cennifer Lopezin Qazaxıstanda verdiyi konsertdə gözlənilməz hadisə baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb.

Cennifer Lopezin Qazaxıstanın Almatı şəhərində verdiyi konsertdə səhnədə çıxışı zamanı müğənninin boynuna çəyirtkə qonub.

Lopez soyuqqanlı davranaraq, sadəcə həşəratı boynundan uzaqlaşdırıb və ifasına fasilə vermədən davam edib.

Konsert iştirakçıları bu anı telefonlarına çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Xuraman Etibarlı

İnterpress.az