Cənubi Afrikanın Yohannesburq şəhərində yanacaq daşıyan tankerin partlaması nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Dekabrın 24-də körpünün altında qalan tankerin partlaması nəticəsində ölənlərin sayının 27-yə yüksəldiyi, daha 12 nəfərin yaralandığı bildirilib.
Bildirilib ki, ölənlərin sayı arta bilər.
Boksburq bölgəsində körpünün altında qalan yanacaq tankeri sürtünmə nəticəsində alovlanıb və partlayış nəticəsində bir xəstəxananın damı uçub, iki ev dağılıb, bəzi avtomobillər və ətrafdakı çox sayda insan yaralanıb.