Cənubi Çin dənizində Çin və ABŞ arasında hərbi gəmi gərginliyibackend

Cənubi Çin dənizində Çin və ABŞ arasında hərbi gəmi gərginliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhəsi Komandanlığı ABŞ donanmasının “Nanşa” adlandırılan Spartli adalarındakı ərazi sularına daxil olduğunu açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çin donanması və hava qüvvələri gəmini müşahidə edib: “Çin Cənubi Çin dənizindəki adalar və yaxınlıqdakı sular üzərində mübahisəsiz suverenliyə malikdir. O, bunu qətiyyətlə müdafiə edəcək”.

ABŞ-ın Sakit Okeandakı 7-ci Donanması da açıqlamasında gəminin keçidinin beynəlxalq hüquqa uyğun olaraq “naviqasiya azadlığı əməliyyatı” olduğunu bildirib.

Bəyanatda qeyd olunub ki, gəmi mübahisəli qayalıqdan 12 mil məsafədə üzüb və bu, ərazi suları üçün beynəlxalq səviyyədə qəbul edilmiş məsafədir.

Bəyanatda ABŞ-ın hansı ölkədən olmasından asılı olmayaraq dənizlər üzərində suverenlik tələblərinə qarşı olduğu ifadə edilib: “Beynəlxalq ictimaiyyətin dənizlərdə naviqasiya azadlığını təmin etmək öhdəliyi var”.

ABŞ hərbi gəmisinin bölgədəki fəaliyyətinin Tayvan lideri Tsay İnq-venin ABŞ-a səfərindən sonra Çin ordusunun ada ətrafında başlatdığı hərbi təlimlə eyni vaxta düşməsi diqqət çəkib.

Çin ilə suverenlik münaqişəsində olan Tayvan Cənubi Çin dənizinin şimalında yerləşir.