Cənubi Koreya prezidenti Türkiyəyə ilk rəsmi səfərə GEDİRbackend

Cənubi Koreya prezidenti Türkiyəyə ilk rəsmi səfərə GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya prezidenti regionun bir sıra ölkələri ilə əməkdaşlığı genişləndirir.

İnterpress.az xəbər verir ki, bu barədə yeli media məlumat yayıb.

Cənubi Koreya Prezidenti Li Ce Myun Yaxın Şərq və Afrika turuna çıxır. O, BƏƏ, Misir, Cənubi Afrika Respublikası (G20 sammiti çərçivəsində) və Türkiyəni ziyarət edəcək. Bu, onun iyun ayında prezident vəzifəsinə başlamasından sonra sözügedən regionlara ilk səfəridir.

Türkiyədə Li Ce Myun və prezident Rəcəb Tayyib Ərdoğan arasında Koreya müharibəsinin 75-ci ildönümünə həsr olunmuş ikitərəfli sammit keçiriləcək.

Gündəliyin əsas mövzuları müdafiə sahəsində əməkdaşlıq, atom energetikası və biotexnologiyalar olacaq.

Tərəflərin bir sıra əməkdaşlıq memorandumları imzalayacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az