Cənubi Koreya: “Şimali Koreya zənglərimizə cavab vermir”backend

Cənubi Koreya: “Şimali Koreya zənglərimizə cavab vermir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya hökuməti Şimali Koreyanın 4 gün ərzində transsərhəd əlaqə və hərbi qaynar xətt vasitəsilə edilən müntəzəm zənglərə cavab vermədiyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Şimali Koreya cümə günündən bəri zənglərə cavab vermədiyi üçün gündəlik rabitə xəttini birtərəfli qaydada kəsmiş kimi görünür”, – Cənubi Koreyanın Birləşmə Nazirliyinin bəyanatında deyilir.

Cənubi Koreyanın Müdafiə Nazirliyi isə qeyd edib ki, hərbi rabitə kanalı vasitəsilə gündəlik iki dəfə edilən zənglər 4 gün ardıcıl olaraq cavabsız qalıb.

Qeyd edək ki, ənənəvi olaraq Şimali və Cənubi Koreya hökumətləri arasında gündə iki dəfə, saat 09:00 və 17:00-da xətt üzərindən əlaqə saxlanılır.