Cənubi Koreya və ABŞ Şimali Koreya sərhədində əsl sursatla atışma təlimi keçiribbackend

Cənubi Koreya və ABŞ Şimali Koreya sərhədində əsl sursatla atışma təlimi keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və ABŞ hərbçiləri Şimali Koreya sərhədində real döyüş sursatı ilə kütləvi atışma təliminə başlayıblar.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Təlimin “düşməncə” işğal məşqi olaraq xarakterizə edilsə də, belə bir şeyə dözülməyəcəyi bildirilib.

Qeyd edilib ki, Cənubi Koreya və ABŞ hərbçilərinin Şimali Koreya sərhədində real döyüş sursatı ilə birgə həyata keçirdikləri və birincisi bu gün keçirilən təlim 5 mərhələdən ibarət olacaq və iyunun ortalarında başa çatacaq.

Pxenyan administrasiyası isə Seul və Vaşinqton arasında keçirilən bu təlimə həmişə olduğu kimi öz raketlərini və digər silahlarını sınaqdan keçirməklə cavab verir.

Şimali Koreya 2022-ci ilin əvvəlindən bu yana 100-dən çox raket sınağı həyata keçirsə də, Pxenyan administrasiyası tərəfindən verilən açıqlamalarda bütün bunların ABŞ və Cənubi Koreyanın birgə təşkil etdiyi təlimlərə cavab olaraq həyata keçirildiyi iddia edilir.