Çin 400 kilometrdən çox hidrogen boru kəməri inşa edəcəkbackend

Çin 400 kilometrdən çox hidrogen boru kəməri inşa edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ölkənin şimalından paytaxt Pekinə qədər uzunluğu 400 kilometrdən çox olan hidrogen kəməri çəkir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çinin neft-kimya şirkəti SINOPEC, ölkənin mesajlaşma və sosial media platforması WeChat hesabında ölkənin ilk hidrogen boru kəmərini inşa edəcəklərini açıqlayıb.

Ölkənin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindən başlayacaq boru kəməri Hibey vilayətindən keçərək paytaxt Pekinə çatacaq.

Uzunluğu 400 kilometri keçəcək boru kəmərinin ilkin mərhələdə ildə 100 min ton hidrogen daşıyacağı, uzunmüddətli perspektivdə xəttin ötürücülük qabiliyyətinin ildə 500 min tona çatdırılacağı qeyd edilir. Pekin, Tienjin və Hibey əyalətinin şəhərlərində istifadə olunan yanacaqlar hidrogenlə əvəz olunacaq.

Bəyanatda kəmərin tikintisinə nə vaxt başlanacağı və bunun nə qədər vaxtda tamamlanacağı ilə bağlı məlumat paylaşılmayıb.

Çin Milli Enerji İdarəsi tərəfindən keçən həftə verilən açıqlamada ölkənin xam neft boru kəmərlərinin uzunluğunun 28 min kilometrə, təbii qaz boru kəmərlərinin uzunluğunun isə 120 min kilometrə çatdığı bildirilib.

Açıqlamada, həmçinin 2035-ci ilə qədər 65 min kilometr təbii qaz kəməri və 2 min kilometr xam neft kəmərinin əlavə ediləcəyi qeyd edilib.

Əhalisinin və sənaye istehsalının böyük şəhərlərdə cəmləşdiyi Çin dünyada hava çirkliliyi probleminin ən yüksək olduğu ölkələrdən biridir.

Son illərdə hökumət sənaye zonalarının Pekindən ətraf şəhərlərə köçürülməsi, istilik üçün kömür əvəzinə təbii qazdan istifadənin təşviq edilməsi və fabriklərdə emissiya standartlarının sərtləşdirilməsi kimi bəzi tədbirlərlə havanın çirklənməsini azaltmağa çalışır.