Çin martın 15-dən bütün vizaların verilməsini bərpa edəcəkbackend

Çin martın 15-dən bütün vizaların verilməsini bərpa edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin martın 15-dən əcnəbilərin ölkəyə girişi üçün bütün növ vizaların nəzərdən keçirilməsini və verilməsini bərpa etmək niyyətindədir.

Bu barədə Çinin ABŞ-dakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, Çinin bir neçə yerinə, o cümlədən Haynan adasına və Şanxayda dayanan kruiz gəmisi sərnişinləri üçün vizasız girişin bərpası planlaşdırılır.

Açıqlamada bildirilib ki, 28 mart 2020-ci il tarixinədək verilmiş və müddəti hələ başa çatmamış vizaların funksiyası bərpa olunacaq.