Çində 156 milyon dollar rüşvət alan məmur EDAM OLUNDU – FOTObackend

Çində 156 milyon dollar rüşvət alan məmur EDAM OLUNDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində “Huarong International”ın keçmiş rəhbəri edam edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb. 156 milyon dollar rüşvət alan sabiq baş direktor barəsindəki hökm bu səhər icra olunub.

“China Huarong International Holding” şirkətinin keçmiş baş direktoru Bay Tyanxuy dekabrın 9-da səhər saatlarında məhkəmənin qərarı ilə edam edilib.

O, xüsusilə külli miqdarda – 1,108 milyard yuandan (təxminən 156 milyon ABŞ dolları) çox rüşvət almaqda təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, Tyanxuy 2014-2018-ci illər ərzində “China Huarong” strukturlarındakı xidməti mövqeyindən sui-istifadə edərək qeyri-qanuni yollarla külli miqdarda vəsait əldə edib.

Qeyd edək ki, Bay Tyanxuy 2024-cü ilin mayında ölüm cəzasına məhkum edilmişdi. Həmin vaxt o, siyasi hüquqlardan ömürlük məhrum edilmiş və bütün şəxsi əmlakı müsadirə olunmuşdu.

2025-ci ilin fevralında isə məhkəmə apellyasiya şikayətini rədd edərək hökmü qüvvədə saxlamışdı.

Məhkəmə rüşvətin məbləğini və əməlin cəmiyyətə vurduğu ziyanın ağırlığını nəzərə alaraq, qanuna uyğun şəkildə ən sərt cəzanın tətbiqini zəruri hesab edib.

Xuraman Etibarlı

İnterpress.az