Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıbbackend

Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Sıçuan əyalətində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Torpaq və qaya parçaları altında 19 nəfər ölüb.

Torpaq sürüşməsi ölkənin cənub-qərbindəki Sıçuan əyalətinin Lisen şəhərində şaxtada baş verib.

Bu, mədənçilərin iş və yaşayış sahələrinin olduğu əraziyə təsir edib.

Çoxlu sayda işçi torpaq və qaya parçaları altında basdırılıb. 19 nəfərin meyiti tapılıb.

Ərazidə axtarış-xilasetmə işləri davam edir.

Bildirilib ki, sürüşmədən iki gün əvvəl bölgədə güclü yağış fəsadlar törədib.