Məşhur müğənni Çingiz Mustafayev Həcc ziyarətinə yollanıb.
İnterpress.az xəbər verir ki, müğənni aşağıdakıları qeyd edib:
“Uşaqlıq dönəmlərimdə Məkkəni ancaq şəkillərdə görürdüm, hətta rayondakı evimizdə də divarda məkkənin şəkli var idi. Bu müqəddəs torpaqlara ayaq basdığım üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm. Kəbəyə yaxınlaşmağa başlayanda içimdən heç vaxt hiss etmədiyim və heç vaxt təkrar olunmayacaq hisslər keçirdim. Sanki ürəyimin lotos gülü kimi açılmağa başladı. Hətta bir anlıq qorxu gəldi içimə, elə bildim özümdən gedəcəm. Ruhum bədənimi tərk edəcək. Allah hər kəsə bu gözəl hissləri yaşamağı nəsib etsin”.
Sahilə Məlikqızı
İnterpress.az