Çin kosmik stansiyaya yeni mülki kosmonavt komandası göndərib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kosmonavtların stansiyada 5 ay xidmət edəcəyi gözlənilir.
Stansiyaya 3 nəfərlik komandanın gəlməsi ilə eyni anda Yer orbitində olan insanların sayı rekord qıraraq 17-yə yüksəlib.
Kosmik gəmi Çinin Ciuquan peyk buraxılış mərkəzindən buraxılıb. Üç taikonavt Yer orbitində Çinin Tiangong Kosmik Stansiyasında xidmət edəcək.
Kosmik stansiyada 5 ay xidmət edəcək komandaya ilk dəfə mülki şəxs daxil edilib.
Aerokosmik mühəndislik professoru Gui Hayçao 2 taikonavtla ümumi nisbilik təcrübələri və məkan-zaman tezlik testləri aparacaq.
Komandanın stansiyaya çatması ilə eyni vaxtda Yer orbitində olan insanların sayı rekord qıraraq 17-yə çatıb.
ABŞ kosmosun tədqiqi sahəsində əməkdaşlığa qadağa qoyub və onun Beynəlxalq Kosmik Stansiya proqramında iştirakına mane olduğu üçün Çin öz kosmik stansiyasını tamamlamaq üçün çalışır.