CNN: ABŞ-ın Yaxın Şərqdəki amfibiya gəmisi Şərqi Aralıq dənizinə doğru irəliləyirbackend

CNN: ABŞ-ın Yaxın Şərqdəki amfibiya gəmisi Şərqi Aralıq dənizinə doğru irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın CNN xəbər kanalı ABŞ-ın Yaxın Şərqə göndərdiyi və Qırmızı dənizdə yerləşən amfibiya gəmisinin Şərqi Aralıq dənizinə doğru getdiyini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

CNN-in adının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə əsaslanan xəbərinə görə, ABŞ-ın avqust ayında Yaxın Şərqə göndərdiyi 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupunu daşıyan USS Bataan amfibiya gəmisi keçən həftənin sonunda Süveyş kanalına doğru irəliləməyə başlayıb.

Rəsmilərdən biri avqust ayından Qırmızı dənizdə dayanan gəminin tezliklə Şərqi Aralıq dənizinə çatacağını qeyd edib.

Səlahiyyətlilər bu addımla gəminin İsrail və Livana daha da yaxınlaşacağını qeyd edərək, gəminin vəzifələrindən birinin mülki şəxslərin təxliyyəsinə köməklik etmək olduğunu bildiriblər.

ABŞ oktyabrın 18-də Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.