Daha bir cüdoçumuz Böyük Dəbilqə turnirində medal qazandıbackend

Daha bir cüdoçumuz Böyük Dəbilqə turnirində medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Böyük Dəbilqədə turnirində cüdoçularımız daha bir medal qazanıb.

İnterpress.az xəbər verir ki, Məmmədəli Mehdiyev də bürünc medal qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə özbəkistanlı Şerməhəmməd Jandreyevi məğlubiyyətə uğradıb.

Bu, Azərbaycanın Böyük Dəbilqədə ikinci medalı olub.

Qeyd edək ki, martın 6-da Rüstəm Orucov (73 kq) da bürünc medal qazanmışdı.

 

İnterpress.az