Daha bir namizəd İranda növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə İran xəbər agentliyi SNN məlumat yayıb.
Tehranın hazırkı meri Əlirza Zəkani iyunun 28-də İranda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini geri götürüb.
“Mən Cəlili və Qalibafdan (mühafizəkar namizədlər) birləşməyi və üçüncü Ruhaninin (islahatçı) hökumətinin qurulmasının qarşısını almağı xahiş edirəm”, – o deyib.
Bundan əvvəl İranın vitse-prezidenti Haşiminin digər mühafizəkar namizədlərin xeyrinə prezident seçkilərində iştirakdan imtina etdiyi bildirilib.
Beləliklə, prezidentlik uğrunda mübarizəni 4 namizəd aparacaq.
Xuraman Etibarlı
İnterpress.az