Dəhşətli qəzada üç nəfər yanaraq HƏLAK OLDU – VİDEO/FOTObackend

Dəhşətli qəzada üç nəfər yanaraq HƏLAK OLDU – VİDEO/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnodarda BMW sürücüsü dəhşətli qəza yaradaraq, ana və uşağı ilə birlikdə vəfat etdi.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Krasnodarda sürətlə sürən BMW sürücüsü polis izləməsindən yayınmaq istəyərkən qarşıdakı minik avtomobilinə çırpılıb. Zərbədən hər iki maşın alovlanıb.

Hadisə zamanı avtomobildə olan ana və azyaşlı qızı diri-diri yanaraq həlak olub. Qəzanın səbəbkarı da hadisə yerində ölüb.

Görüntülərdə şahidlərin alovu söndürməyə çalışdığı görünür, lakin artıq ailəni xilas etmək mümkün olmayıb.

Xuraman Etibarlı

İnterpress.az