Vətəndaş cəmiyyəti nümayəndələri və ekofəalların başlatdığı, gənc könüllülərin davam etdirdiyi, 4 aydır ki baş tutan dinc ekoaksiya öz bəhrəsini Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ilə verdi.
İnterpress.az xəbər verir ki, bunu Hərəkatının sədri Nihad Allahyarlı bildirib.
“Demək, hər şey artıq nəzarətdə olacaq. Heç kim pozuculuq fəaliyyətlərini humanitar yardım adı altında dəstəkləyə bilməyəcək.
Bir daha bu günləri bizə bəxş edən Ali Baş Komandanımız başda olmaqla Azərbaycan Ordusunun hər bir nəfərinə öz təşəkkürümü bildirərək ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə cansağlığı arzulayıram.
Birik, birlikdəyik, həmrəyik!”, – o əlavə edib.