Deputatdan TƏKLİF: “Avtomobillər üçün verilən etibarnamə ləğv edilsin”backend

Deputatdan TƏKLİF: “Avtomobillər üçün verilən etibarnamə ləğv edilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya praktikasında avtomobilin idarə olunması üçün etibarnamə verilməsi sistemi yoxdur. Azərbaycanda da avtomobilin idarəsi üçün digər şəxslərə verilən etibarnamə ləğv edilməlidir”.

İnterpress.az-ın xəbərinə görə, Milli Məclisin iclasında deputat Azər Badamov belə təkliflə çıxış edib.

O bildirib ki, Azərbaycanda vətəndaş yaxın qohumunun avtomobilini etibarnamə olmadan idarə edə bilmir.

“Bu halda qanunvericiliyə uyğun 40 manat cərimə mexanizmi var. SSRİ-dən qalma məsələ olan etibarnamə bu gün aktuallığını itirib. Çünki avtomobil itirsə, texniki imkanlardan istifadə edib, onu tapmaq mümkündür”, – deyə A.Badamov əlavə edib.

İnterpress.az