Deputatın səlahiyyətləri vaxtından əvvəl DAYANDIRILDIbackend

Deputatın səlahiyyətləri vaxtından əvvəl DAYANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası deputat Anna Kolesnikin səlahiyyətlərini vaxtından əvvəl dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Məlumatlara görə, Kolesnik saxta bəyannamə təqdim etməkdə şübhəli bilinir. Bu səbəbdən parlament onun fəaliyyətini dayandırmaq qərarına gəlib.

İctimaiyyət və ekspertlər bu addımı şəffaflıq və qanunvericiliyin aliliyi baxımından önəmli hesab edirlər.

Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmanı davam etdirir.

Xatırladaq ki, Kolesnik “Xalqın xidmətçisi” partiyasından deputatdır. Çesnonun sözlərinə görə, o, 2025-ci ilin martından parlamentdə görünmür və dörd ay əvvəl istefa ərizəsi təqdim edib və Ali Rada bu gün onu təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az