Diaz-Kanel yenidən Kubanın prezidenti seçilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kubada Xalq Hakimiyyəti Milli Assambleyasında (ANPP) keçirilən sessiyada deputatların 97,66 faiz dəstəyi ilə prezident Migel Diaz-Kanel yenidən seçilib.
Hazırkı 462 deputatdan 459-nun Caneli dəstəklədiyi, 97,66 faizlə 62 yaşlı Diaz-Kanelin yenidən dövlət başçısı olmağa haqq qazandığı açıqlanıb.
Vitse-prezident Salvador Valdes Mesa 462 deputatdan 439-nun dəstəyi ilə yenidən vitse-prezident seçilib.