Dırnaq boyası DAVASI: Qırmızı laka qəzəblənən kişi sevgilisini YANDIRDIbackend

Dırnaq boyası DAVASI: Qırmızı laka qəzəblənən kişi sevgilisini YANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada dəhşətli vəhşilik: Sevgilisinin dırnaqlarındakı qırmızı boyaya görə qadını diri-diri yandırdı

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Braziliyanın Parana ştatındakı Bandeirantes şəhərində qəddarlıqla törədilmiş ağır məişət cinayəti baş verib.

Yerli sakin sevgilisinin dırnaqlarına qırmızı lak çəkməsinə qəzəblənərək onu diri-diri yandırıb.

Polisin məlumatına görə, 28 yaşlı qadın sevgilisinin onun üzərinə tezalışan maye tökərək od vurması nəticəsində sinə, boyun və əl barmaqlarından ağır yanıq xəsarətləri alıb.

Hadisə yerinə gələn təcili yardım və asayiş keşikçiləri qadını xilas edərək ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Hadisədən dərhal sonra saxlanılan kişi ilkin dindirilmə zamanı sevgilisinin dırnağında qırmızı boyanı görərkən qəzəbdən özünü idarə edə bilmədiyini və bu addımı atdığını etiraf edib.

Lakin sonrakı istintaq hərəkətləri zamanı o, ifadəsini dəyişərək günahsız olduğunu iddia edib.

Təqsirləndirilən şəxs qadının ondan ayrılmaq qərarına görə qəsdən özünü yandırdığını və ona tələ qurmağa çalışdığını söyləyib.

Hazırda faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az