Koreyalı alimlər dişlərin yenidən çıxmasına kömək edən plastır hazırlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə koreyalı alimlər məlumat yayıb.
Cənubi Koreyada tədqiqatçılar dişlərin əməliyyatsız bərpasını təmin edən innovativ plastır hazırlayıblar.
Yeni texnologiya diş toxumalarını “oyadaraq” yenidən böyüməyə stimullaşdırır.
Plastırın mikroiynələri xüsusi preparatı birbaşa diş ətinə ötürür, bu maddə isə kök hüceyrələri aktivləşdirərək mina qatının bərpasını başladır.
Gündə cəmi 20 dəqiqə istifadə kifayətdir. Heyvanlarda aparılan sınaqlarda dişlərin əməliyyata ehtiyac olmadan bərpa olunduğu təsdiqlənib.
Məhsulun 2026-cı ildən sonra satışa çıxacağı, bir diş üçün təqribən 300 dollara başa gələcəyi bildirilir.

Xuraman Etibarlı
İnterpress.az






