Disney süni intellektlə yaradılan videolarına keçid edir.
İnterpress.az xəbər verir ki, bu barədə Disney rəhbərliyi məlumat yayıb.
Disney-in rəhbəri Bob Ayqer təsdiqləyib ki, yaxın vaxtlarda “Disney+” daxilində neyroşəbəkə ilə yaradılan videolardan ibarət yeni funksiya işə düşəcək.
Şirkətin məqsədi platformanı daha interaktiv və “cəlbedici” etməkdir. Aygerin sözlərinə görə, istifadəçilər proqram daxilində birbaşa öz videolarını yarada biləcəklər.
Lakin qərar sosial şəbəkələrdə kəskin narazılıq doğurub. İstifadəçilər “Disney+” abunəliyin ləğv olunmasına çağırıb.
Xuraman Etibarlı
İnterpress.az






