Dolların möhkəmlənməsi manata necə təsir edir? – Deputat rəyibackend

Dolların möhkəmlənməsi manata necə təsir edir? – Deputat rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır”.

İnterpress.az xəbər verir ki, bunu dünya bazarında ABŞ dollarının əsas valyutalara nisbətən möhkəmlənməkdə davam etməsinin Azərbaycan manatına mümkün təsirlərini dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Deputata görə, dolların möhkəmlənməsi bir sıra starteji məhsullar bazarına təsirsiz ötüşməyib:

“Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. ABŞ dollarındakı artımlar Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlar ilə bağlı olmaqla yanaşı texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsilə istehlak mallar indeksi göstəricləri ilə əlaqələndirilir. Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. 335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib”.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçilməməsi ABŞ dollarının mövcud artımının manata ciddi təsir etməməsinə səbəb olub:

“Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barel “Brent” markalı neft dünya bazarında 76 dollardan baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 dollar nəzərdə tutulsa da, qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olunub. Bununla yanaşı, qlobal sistem bazarındakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayışlar risklərini nəzərə aldıqda, uzun müddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur”.

Gülşən

İnterpress.az