“Dördlü” liderlərin sammiti gələn ay keçiriləcəkbackend

“Dördlü” liderlərin sammiti gələn ay keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəsizlik Dialoqu üzrə “Dördlü” ölkələrə üzv olan ABŞ, Avstraliya, Hindistan və Yaponiya liderləri mayın 24-də görüşəcəklər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avstraliyanın Baş naziri Entoni Albanese sammitə ​​Sidneyin ev sahibliyi edəcəyini açıqlayıb.

O bildirib ki, “Sidney Opera Evi” binasında keçiriləcək sammit Sidney şəhərinin tanıtımına imkan yaradacaq.

Baş nazirin sözlərinə görə, Dördlü liderlər qlobal iqtisadiyyat, Hind-Sakit okean regionunda strateji rəqabətin artması və Rusiya-Ukrayna böhranının təsiri kimi məsələləri müzakirə edəcəklər:

“Dördlük suverenliyə hörmət edən və hamı üçün təhlükəsizlik və inkişafı təmin edən azad, sabit və firavan Hind-Sakit Okeanı dəstəkləməkdə qərarlıdır”.

Qeyd edək ki, “Dördtərəfli Təhlükəsizlik Dialoqu” kimi tanınan ABŞ, Avstraliya, Hindistan və Yaponiya arasında 2007-ci ildə başlayan dialoq forumu 2017-ci ildə “dördlü ittifaq”a çevrilib.

Çinə qarşı qeyri-rəsmi strateji forum kimi tanınan və “Asiyada demokratiya qövsü” kimi xarakterizə edilən alyans müntəzəm görüşlər vasitəsilə bir-biri ilə məlumat mübadiləsi aparır.